Rusiya Ermənistan və Azərbaycan sərhədindəki vəziyyəti izləyir.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözcüsü Mariya Zaxarova brifinqdə deyib.
“Bütün zəruri məsələlər yalnız sülh və siyasi-diplomatik yolla həll edilməlidir”, – o qeyd edib.
XİN rəsmisinin sözlərinə görə, Rusiya sülh sazişinin imzalanmasına nail olmaq üçün qalan ziddiyyətlərin aradan qaldırılmasında tərəfdaşlara əvvəlki kimi yardım göstərməyə hazırdır.