Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələri bölmələrinin dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində hücum cəhdinin tamamilə iflasa uğradığını bəyan edib.
Bu barədə KONKRET.az-a nazirlikdən məlumat verilib.
“Genişmiqyaslı təxribat törətməklə qısa müddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımından tam iflasa uğrayıb və növbəti dəfə rəsmi Yerevanın təxribat törətmək cəhdi uğursuzluqla nəticələnib”, – nazirlikdən bildirilib.
