Ermənistan Hindistandan silah alırbackend

Ermənistan Hindistandan silah alır

44 günlük müharibədə ordusu darmadağın edilən Ermənistan yeni müttəfiqlər axtarışındadır. Hərbi arsenalının yarıdan çoxunu itirən düşmən ölkə silah tədarükü etmək üçün müxtəlif ölkələrlə danışıqlar aparsa da, əksər silah satıcıları Ermənistanla əməkdaşlıqdan imtina edib.

Bununla da çətin duruma düşən Ermənistan İrandan və Hindistandan silah almağı davam etdirir.

Erməni hərbi eksperti Vahe Davtyan özünün teleqram kanalında bildirib ki, hazırda Hindistanla 260 milyon dollarlıq silah tədarükünə dair müqavilə imzalanıb. Bundan sonra da Hindistanla əməkdaşlığı davam etdirəcək Ermənistan yeni növ silahlar almağı planlaşdırır.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*