Ermənistan İqtisadiyyat Nazirliyi İranla ticarətin artmasına nəyin səbəb olduğunu bilmirbackend

Ermənistan İqtisadiyyat Nazirliyi İranla ticarətin artmasına nəyin səbəb olduğunu bilmir

Ermənistan İqtisadiyyat Nazirliyində İranla ticarətin artmasının səbəbinin nə olduğu barədə məlumat yoxdur.

Bu barədə KONKRET.az “Sputnik Ermənistan”a istinadən xəbər verir.

Belə ki, Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, 2022-ci ilin ilk 5 ayında Ermənistan və İran arasında ticarət dövriyyəsi təxminən 246 milyon dollar təşkil edib. Bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 33,7% artım deməkdir.

Ermənistanın Dövlət Gəlirləri Komitəsi isə bildirib ki, həmin dövrdə Ermənistan-İran sərhədindən yükdaşımaların həcmi praktiki olaraq dəyişməz qalıb.

Nəşr İqtisadiyyat Nazirliyinə yükdaşımaların həcminin praktiki olaraq dəyişməz qaldığı şəraitdə bu cür artımın hansı mallara görə və ya nəyə görə qeydə alındığını aydınlaşdırmaqla bağlı sorğu göndərib.

“Ermənistan İqtisadiyyat Nazirliyi sorğu edilən məlumata malik deyil”, – nazirliyin cavabında deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*