“Ermənistan işğalın nəticələrini legitimləşdirə bilmədi” – İcma sədribackend

"Ermənistan işğalın nəticələrini legitimləşdirə bilmədi" - İcma sədri

“Ötən dövr ərzində Ermənistan işğalın nəticələrini legitimləşdirmə bilmədi”.

KONKRET.az-ın məlumatına görə bunu, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev deyib.

O bildirib ki, Ermənistanın əlində yeganə çıxış yolu təxribat törətməkdir:

“Ermənistanın təxribat xarakterli hərəkətləri çox olacaq, biz buna hazır olmalıyıq. Konstruktiv şəkildə öz işimizi davam etdirməklə torpaqlarımıza qayıtmaq üçün zəmin hazırlayırıq. Ölkə rəhbərliyi də bu istiqamətdə yorulmadan çalışır. Biz ədalətə, öz haqq işimizə inanırıq. Tezliklə sonda inamımız müvəffəqiyyətlə öz torpaqlarımıza, Qarabağa qayıtmağımız üçün bizə kömək olacaq. Çünki biz inanırıqsa ki, haqq bizim tərəfimizdədir, biz ona nail olacağıq. Hər şeyi ağılla, səbirlə, konstruktiv yolla, dünyada baş verən prosesləri nəzərə almaqla etməliyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*