Ermənistan Parlamenti Qarabağla bağlı məsələdən imtina etdibackend

Ermənistan Parlamenti Qarabağla bağlı məsələdən imtina etdi

Ermənistan Parlamentində səs çoxluğu ilə “Arsax”la bağlı məsələ müzakirədən çıxarılıb.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bu gün Parlamentdə müxalifətdən olan “Ermənistan” və “Mənim namusum var” fraksiyalarının təqdim etdiyi sənəd komissiya tərəfindən qəbul edilməyib.

Ermənistan hökuməti Qarabağın onun olmadığını  və heç zaman da olmayacağını dolayısı yolla ermənilərə çatdırmaq istəsə də, müxalifətçilər onları vətənə xəyanətdə günahlandırıb. “Mənim şərəfim var” blokundan deputat  Anna Mkrtçyan “Vətənə xəyanət başqa cür necə olur?”, deyə parlamentarilərə sual verib.

Belə aydın olur ki, artıq Ermənistan Qarabağdan birdəfəlik əlini üzüb.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*