Slovakiyanın baş naziri Robert Fitso Çexiyaya rəsmi səfəri zamanı kəskin etiraz aksiyaları və xalqın sərt reaksiyası ilə qarşılaşıb.
KONKRET.az xəbər verir ki, “Aktuality” nəşrinə istinadən, Fitso çexiyalı həmkarı Andrey Babiş ilə birlikdə Çexoslovakiyanın yaradılmasının 108-ci ildönümünə həsr olunmuş çex-slovak dostluq abidəsinin açılış mərasimində iştirak edib. Lakin tədbir parlaq protokolla deyil, izdihamın fitə basması və kəskin etirazları ilə yadda qalıb.
Mərasimə yığışan nümayişçilər Slovakiyanın baş nazirinin ünvanına sərt şüarlar səsləndirərək, ona “Rusiyaya rədd ol!” bağıriblar. Etirazçılar həmçinin Andrey Babişi və hər iki ölkənin xarici işlər nazirlərini, o cümlədən bir gün əvvəl Moskvada Sergey Lavrovla danışıqlar aparan slovakiyalı nazir Yuray Blanarı da sərt şəkildə fitə basıblar.
Müşviq Tofiqoğlu
KONKRET.az
