Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ, Rusiya və Çin liderlərinin noyabr ayında baş tutması ehtimal olunan mümkün görüşünün dünyada nüfuz dairələrinin yenidən bölüşdürülməsinə səbəb ola biləcəyindən ciddi şəkildə ehtiyat edir.
KONKRET.az xəbər verir ki, Ukrayna lideri bu barədə narahatlığını dilə gətirərək, dünyada yeni “Yalta konfransı” ssenarisinin təkrarlanmasını istəmədiyini vurğulayıb:
“İstəməzdim ki, bu, təsir dairələrinin yenidən bölüşdürülməsi ilə nəticələnən hansısa “Yalta — 2, 3, 4″ olsun”.
Zelenski həmçinin qeyd edib ki, müasir dünya İkinci Dünya müharibəsi dövründən və həmin vaxtın geosiyasi reallıqlarından köklü şəkildə fərqlənir.
Müşviq Tofiqoğlu
KONKRET.az
