Ermənistan Qarabağla bağlı bəyanata əməl etməsə, ordumuz hərbi əməliyyatlara başlaya bilərmi? – AÇIQLAMAbackend

Ermənistan Qarabağla bağlı bəyanata əməl etməsə, ordumuz hərbi əməliyyatlara başlaya bilərmi? - AÇIQLAMA

“Türkiyə ordusunun Qarabağa gəlməsi qüvvələr balansını ciddi şəkildə Azərbaycanın xeyrinə dəyişir”.

Bunu KONKRET.az-a Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib.

Partiya sədri qeyd edib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmaqla yanaşı özündə Rusiyanın hərbi bazalarını saxlayır:

“Türkiyənin gəlişi Azərbaycanın bu mövqelərdə və savaşda tək olmadığını, həmçinin dövlətimizin müttəfiq, dostluq münasibətləri olduğu bir ölkənin regionda bizim mövqedən çıxış edəcəyinə çox ciddi təminat verir. Bu, əslində qüvvələr balansının müəyyən olunması, Azərbaycanın da işğaldan azad etdiyi torpaqlarda gələcək perspektivinə və təhlükəsizliyinə ciddi bir təminatdır”.

“Noyabrın 10-da qəbul olunan Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın Baş Naziri Nikol Paşinyanın imzaladığı 3 tərəfli bəyanatın ermənilər tərəfindən pozulacağı təqdirdə, ordumuz yenidən hərbi əməliyyatlara başalaya bilərmi” sualını da cavablandıran İqbal Ağazadə vurğulayıb ki, prosesləri addım-addım gözləmək lazımdır:

“Bu gün Ağdam, noyabrın 25-də Kəlbəcər və dekabrın 1-də Laçın boşaldıqdan sonra idarəetmə və digər məsələlərlə bağlı danışıqlar olacaq. Bu gün bizim üçün önəmli olan bu 3 rayonu işğalçılardan azad etməkdir. Ermənistan tərəfinin danışıqları pozma ehtimalı hər an var. Biz mənfur xislətə malik düşmənlə üzbəüzük. Ona görə də, hər zaman diqqətli olmalı və imkanları əldən verməməliyik”.

Nərgiz Mirzəyeva
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*