Ermənistan Rusiya ilə problemləri düzəltməkdə qərarlıdırbackend

Ermənistan Rusiya ilə problemləri düzəltməkdə qərarlıdır

Ermənistan Rusiya ilə yaranmış problemləri düzəltmək əzmindədir.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

“Bir çox şeylər Ermənistana yaraşmır. Görünür, Rusiyada da eyni münasibət var”, – Mirzoyan bdeyib.

“Bizim konstruktiv şəraitdə yaranmış problemləri həll etməkdən başqa mövqeyimiz yoxdur. Bu problemlər öz həllini tapmalı və biz dostluq və əməkdaşlıq ruhunda irəliləməliyik”, – nazir qeyd edib.

Mirzoyanın sözlərinə görə, rəsmi İrəvan Rusiya ilə münasibətlərini inkişaf etdirməyə davam edəcək.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*