Ermənistan Rusiyaya yenə sataşdı – Bizim ölkəyə gəlin…backend

Ermənistan Rusiyaya yenə sataşdı - Bizim ölkəyə gəlin...

“Rusiyada yeni səfərbərlikdən qaçan vətəndaşların ölkəyə girişinə maneə yaradılmayacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bildirib.
O, bu barədə “Dojd” telekanalına müsahibəsində danışıb. Jurnalistin, Rusiyada yeni səfərbərlik olacağı halda İrəvanın yeni miqrasiya dalğasından narahat olub-olmadığı sualına cavab verərkən bunları deyib:

“Sərhəddə heç kim heç kimdən niyə bura gəldiyini soruşmayacaq. Bildiyiniz kimi, Rusiya vətəndaşları Ermənistana xarici pasport olmadan da gələ bilirlər. Rus insanına yalnız bir söz deyə bilərəm: ‘Ermənistana xoş gəlmisiniz’. Ermənistan buna heç bir maneə yaratmayacaq.”

Ermənistan Rusiya hökumətinin siyasəti və Ukraynadakı müharibə ilə razılaşmayan Rusiya vətəndaşlarının köçmək üçün ən çox seçdiyi ölkələrdən biridir. Təkcə 2022-ci ildə təxminən 110 min Rusiya vətəndaşı Ermənistana köçüb. Bura Ermənistanı yalnız tranzit ölkə kimi istifadə edənlər daxil deyil.

Rusiya Prezidenti Vladimir Putinin sentyabrın 18–20-də keçiriləcək Dövlət Duması seçkilərindən sonra yeni səfərbərlik elan edəcəyi barədə şayiələr yayılıb. Bu xəbərlər fonunda Rusiya vətəndaşları ölkədən köçmək imkanları ilə daha çox maraqlanmağa başlayıblar. Rusiya rəsmiləri isə yeni səfərbərlik planlarının olduğunu təkzib edirlər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*