Cənubi Qafqazda Ermənistanın silahlandırılması davam edir. Fransanın Ermənistana tədarük etdiyi silahlar düşmən ölkənin ərazisinə daşınır. Bu dəfə Fransa Ermənistana 50 ədəd “Bastion” zirehli texnikası göndərəcək. Onlardan iyirmi dördünün artıq Ermənistana gətirildiyi bildirilir. İndi növbədə SEZAR artilleriya sistemləri və MISTRAL 3 raket komplekslərinin tədarüküdür.
KONKRET.az xəbər verir ki, bu barədə Fransa Senatının büdcə departamentinin hesabatında məlumat verilib: “Ermənistan Fransa ilə GM 200 radarlarının alınması və MISTRAL 3 raket komplekslərinin çatdırılması üçün danışıqlar aparır”.
Hesabatda qeyd olunur ki, Paris Ermənistan hakimiyyətinin artilleriya avadanlığının alınması ilə bağlı bütün müraciətlərinə operativ cavab verməlidir. Həmçinin, “SEZAR artilleriya sistemlərinin effektivliyini nəzərə alaraq, onların çatdırılmasını mümkün qədər tez həyata keçirməyi tövsiyə edir”.
Bastion Afrikadakı fransız xüsusi təyinatlıları, Yaxın Şərq və Şimali Amerikaya ixrac üçün yaradılıb. Məlumat üçün bildirək ki, Fransanın Ukraynaya göndərdiyi Bastionlar Rusiya hərbçiləri tərəfindən yüngül hədəf kimi dərhal məhv edilib.
Vəli Həsənov,
KONKRET.az
