Ermənistan sülh istəmir: Bizə qarşı qərəzli olanları məyus etməyin vaxtıdır – ŞƏRHbackend

Ermənistan sülh istəmir: Bizə qarşı qərəzli olanları məyus etməyin vaxtıdır - ŞƏRH

Sərhədimizdə baş verənlər və Daşaltı postundakı terror aktı göstərir ki, Ermənistan sülh istəmir. Ölkəmizə qarşı hərbi təcavüz və informasiya savaşı bütün gücü ilə davam etməkdədir. Mənfur düşmənimizin və onların özləri kimi mənfur havadarlarının hərəkətlərinə qarşı güclü birlik və həmrəylik tələb olunur.

Buna nail olmaq üçün ölkəmizdə siyasi məhbus deyilən problemi birdəfəlik həll etmək, sosial müdafiəni gücləndirmək lazımdır. Vətənimizi, dövlətimizi və xalqımızı sevən şəxs kimi hesab edirəm ki, beynəlxalq təşkilatların insan haqları ilə bağlı bütün bəhanələrini sıfırlamaq vəziyyətdən ən yaxşı çıxış yoludur. Onsuz da indi hamı – iqtidar təmsilçiləri və müstəqil qüvvələr tənqidlə məşğuldur. Vətən müharibəsində qazanılan qələbədən sonra 1-2 nəfər radikal müxalifətçinin hansısa tənqidi ictimai rəyə təsir etmir. Yetər ki, dövlət məmurları xalqımızın həyatını ağırlaşdıran qərarları ilə hakimiyyətin nüfuzuna ziyan vurmasınlar.

Ermənistanda və Gürcüstanda insan hüquqları kobudcasına pozulur. Ermənistan parlamentinin güllələnməsi, seçkilərin quldur Sarkisyanın xeyirə saxtalaşdırılmasına qarşı etiraz edən aksiyaçıların gülləbaran edilməsi, 28 nəfərin ölməsi, “demokrat” Paşinyanın hüquq müdafiəçisi Georgi Vanyanı fb statusuna görə Yerevandan didərgin salması, ona həbslə hədələməsi, postmüharibə dönəmində müxalifət nümayəndələrini həbs etməsi, Gürcüstanda Saakaşvilinin həbsxanada başına gətirilənlər buna sübutdur. Vaxtanq Kikabidze Savik Şusterin “Svoboda slova” proqramında dedi ki, son illərdə Gürcüstanda gürcü jurnalislərin və siyasətçilərin küçələrdə döyülməsi, oğurlanması və öldürülməsi halları baş verir. Və Gürcüstanı demokratik ölkələrin siyahısında önə çıxaran Saakaşvilinin həbsxanada öldürülməsi təhlükəsi mövcuddur və sair.

Amma beynəlxalq təşkilatlar bu halları görmür, bütün hesabatlarında Ermənistan və Gürcüstan demokratik ölkələr kateqoriyasında, Azərbaycan isə avtoritar ölkələr sırasında göstərilir.

Bizə qarşı qərəzli olanları demokratiya baxımından da məyus etməyin vaxtı çatıb!!!

Xatirə Sadiq,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*