Ermənistan tərəfindən açılan atəş nəticəsində hərbi qulluqçularımız yaralanıb.
Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Sentyabrın 23-ü saat 19:30-dan saat 23:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Cermuk yaşayış məntəqələri istiqamətindəki mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu və Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əmənullayev Rəşad Ağacan oğlu, Rəhimzadə Ruhid Oktay oğlu və Cavadov Rəvan Şəmsəddin oğlu yaralanıb.
Yaralı hərbi qulluqçularımıza dərhal ilkin tibbi yardım göstərilib. Onların həyatı üçün heç bir təhlükə yoxdur.
Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Bildiririk ki, baş vermiş insidentə görə bütün məsuliyyət vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Ermənistan ərazisindən açılan atəş nöqtələr tərəfimizdən məhv edilməlidir ki onlar birdə belə təxribatlar törətməsinlər. Layiqli cavablarını vermək lazımdır,necə ki bunu 12-13 sentyabr tarixlərində etdik.
Bəs rəsmi qurumlar niyə susur ? Bütün Beynəlxalq Təşkilatlara, dövlətlərə məlumat verin, car çkin – ermənistanın əməllərini əyani şəkildə göstərin. Yoxsa həmişəki kimi özümüzü günahkar çıxaracaqlar.