Erməni mediasında Ermənistan və Azərbaycan arasında aparılan danışıqların nəticəsiz qalması barədə məlumatlar yayılıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri öz mənbələrinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Ermənistan və Azərbaycan arasında Rusiya sülhməramlılarının iştirakı ilə aparılan danışıqlar nəticəsiz başa çatıb. Görüşün Gorusun Tex kəndində keçirildiyi bildirilib:
“Erməni tərəfi azərbaycanlıları bir gün əvvəl nəzarətə aldıqları mövqelərdən nisbətən geri çəkilməyə inandırmağa çalışsa da, bu, heç bir nəticə verməyib. Azərbaycan hərbçiləri Tex icmasının yerləşdiyi ərazidən bir neçə metr aralıda yerləşən mövqelərində möhkəmlənməyə davam edir”, – erməni nəşri yazıb.
Qəzetin yazdığına görə, 2020-ci il martın 31-də dən sonra Tex icmasının ərazisinə heç bir erməni sərhədçisi yerləşdirilməyib. Orada yalnız rus sülhməramlılarının qalaları olub.
Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan hərbi qüvvələri Gorusun Tex kəndi istiqamətində irəliləyib. Bu barədə Gorusun Tex icmasına daxil olan Aravus kəndinin keçmiş rəhbəri Arqam Ovsepyan erməni mediasına açıqlamasında bildirib. Azərbaycan tərəfi isə hərbçilərimizin bir neçə strateji yüksəkliyə nəzarəti təmin etdiyini açıqlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
