Ermənistanın Sünik rayonunun Xnatsax kəndi yaxınlığında baş vermiş qəza nəticəsində iki hərbçi həlak olub.
KONKRET.az “Armenian News”a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, həlak olanlar müqaviləli hərbçilər Zoran Arzumanyan və Zorak Yeranosyandır.
Onların olduğu “UAZ” markalı minik avtomobilinin qar uçqunu nəticəsində Xnatsax kəndi yaxınlığında dərəyə düşüb.
