Ermənistanda aclıq aksiyası keçirən məhkum ölüb.
KONKRET.az SputnikArmenia-ya istinadla xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Penitensiar xidməti məlumat verib. Məlumatda bildirilir ki, Ermənistanın tibb mərkəzlərindən birində aclıq aksiyası keçirən məhkum dünyasını dəyişib.
O, həbsdə olduğu gündən, yəni aprelin 7-dən sonra yeməkdən imtina edib.
Bu müddət ərzində həmin şəxslə izahat işi aparılıb, psixoloji yardım göstərilib.
Mayın 26-da məhkum xəstəxanaya yerləşdirilib. Bütün bu müddət ərzində o, mütəxəssislərin nəzarəti altında olub, lakin kişini razı salmaq mümkün olmayıb.
O, iyunun 28-də ölüb.
Qeyd edək ki, aclıq aksiyası keçirən şəxs, məhkəmənin qərarına etiraz edirdi.
Xuraman Etibarlı,
KONKRET.az