Ermənistanda aprelin 14-nə olan məlumata görə, koronavirus infeksiyası hallarının sayı 1067-ə çatıb.
KONKRET.az xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.
Mənbə bildirir ki, 65 və 82 yaşlı iki xəstə ölüb.
Beləliklə, qurbanların sayı 16-ya yüksəlib, 265 nəfər sağalıb.
Xatırladaq ki, dünənə qədər bu ölkədə 14 nəfər koronavirusdan ölmüşdü.
Babək Göyüş
KONKRET.az
