Ermənistanda günəbaxan yağı və unun qiymətləri 30-40 faiz artıb. Çörək və şəkər də xeyli bahalaşıb.
KONKRET.az xəbər verir ki, bunu İstehlakçı Konsaltinq Mərkəzi QHT-nin sədri Karen Çilingaryan bildirib.
“Bu məhsulların bahalaşmasını Rusiyadan Ermənistana idxal olunan məhsulların yerində bahalaşması səbəb olub”, – deyə mütəxəssis vurğulayıb. O əlavə edib ki, sitrus meyvələri də xeyli bahalaşıb. Ümumiyyətlə, dramın devalvasiyası səbəbindən yeməklərin də qiyməti qalxıb. Unun qiymətinin artması fonunda çörək qiymətini (mümkün qədər) saxlamaq üçün təsərrüfat subyektləri çəkini təxminən 30 qram azaldıb”.
KONKRET.az