Ermənistanda hərbçi öz xidməti silahından açılan atəşlə yaralanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə aprelin 13-də baş verib. Əsgərin vəziyyəti stabil ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
