“Son zamanlar Ermənistanda məhbusların və qadınların cəbhəyə yola salınması bu ölkədə yaranan mənəvi deqredasiyanın nəticəsidir və ümumi kritik vəziyyətlə bağlıdır. Görünən odur ki, erməni məhbusların cəbhəyə getməsi üçün onlar barədə həbs qətimkan tədbiri dəyişdirilir və ya onlar vaxtından əvvəl şərti olaraq azadlığa buraxılırlar.
Bu fikirləri KONKRET.az-a danışan hüquq elmələri üzrə fəlsəfə doktoru Səyyad Məcidov bildirib ki, bu faktlar bir daha ilk növbədə onun göstəricisi və təsdiqidir ki, artıq Ermənistanda insan resursları tükənmək üzrədir.
S.Məcidov daha sonra bunları qeyd edib: “Cinayətkar rejim indi də cinayətkar təbəqələrin köməyinə bel bağlayır. Bilirsiz, bu ölkənin və ölkə rəhbərliyinin mahiyyəti və xisləti cinayətlərlə və cinayətkarlıqla yoğrulub. Ona görə də dar məqamda canilərə arxalanırlar. Amma unudurlar ki, onlar hamısı Ermənistan dövlətindən narazı olan şəxslərdir və ən münasib zaman olduqda, o biri həmvətənləri kimi cəbhədən qaçacaqlar. Daha doğrusu, Ali Baş Komandanımız cənab İlham Əliyev demişkən, onları da qovacağıq, sonuna qədər qovacağıq.
Digər tərəfdən, bu addımın atılması onu sübut edir ki, bu artıq Paşinyan hakimiyyətinin sonu deməkdir. Dünyada heç bir xunta, heç bir qurum məhkumlarla, onların yardımı ilə irəli gedə bilməyib. Bu əslində Ermənistanda ideoloji və psixoloji çoküşün başlaması deməkdir. Görünür, onların cəbhədə itkiləri o səviyyəyə çatıb ki, Ermənistan Qarabağ döyüşlərində itirdiyi canlı qüvvəsini həbsxanada olan məhbuslarla bərpa etmək niyyətindədir. Bu isə suda boğulanın saman çopündən yapışmasına bənzəyir.
Qadınların isə kütləvi şəkildə məcburi olaraq cəhbəyə göndərilməsi Ermənistanda həm fiziki anlamda, həm də mənəvi anlamda kişiliyin süqutudur. Əslində qadınları əzəli Azərbaycan torpağı və türk ərlərinin oylağı olan Qarabağda cəbhəyə təhrik etməklə, erməni qadınlarını kvazivətənpərvərliyə sürükləməklə Paşinyan onları mənəvi cəhətdən zorlayır və açıqdan-açığa ölümə göndərir. Qoy olsun. Bu onun faşist mahiyyətinin növbəti bariz nümunəsidir. Ermənilər əslində bu caninin kimliyini bir az sonra dərk edəcəklər. Onun təkcə azərbaycanlılara deyil, bütün bəşəriyyət üçün, o cümlədən erməni toplumu üçün necə təhlükəli bir ünsür oldugunu görəcəklər. Və bütün bunlara görə onu çox ağır məsuliyyət gözləyir. Paşinyan onsuz da gec ya tez törətdiyi bütün beynəlxalq cinayətlərə görə cavab verməldir. O hal-hazırda azərbaycanlılara qarşı müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlərin və digər transmilli kriminal əməllərin təşkilatçısı və bilavasitə törədicisidir”.
Sevinc Paşayeva,
KONKRET.az
