Ermənistanda “kadr qırğını” BAŞ VERƏCƏK – Paşinyan pis vəziyyətə düşdübackend

Ermənistanda "kadr qırğını" BAŞ VERƏCƏK - Paşinyan pis vəziyyətə düşdü

“İrəvan Ağsaqqallar Şurasına seçkilərdən sonra dünənki iclası çox qızğın keçib. İqtidar partiyasının üzvləri bir-birilərinə qarşı ittihamlar irəli sürüblər”.

KONKRET.az xəbər verir ki, bu barədə “Gündəlik “Joqovurd” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Nikol Paşinyan bildirib ki, günahkarlar cəzalandırılmalıdır. “Çünki komanda yoldaşlarının hərəkətsizliyi onların bu vəziyyətə gəlib çatmasının əsas səbəbidir. Onların İrəvanda artıq reputasiyası yoxdur. Uzun sürən müzakirələr nəticəsində belə qənaətə gəlinib ki, bu mənzərənin əsl səbəbi düzgün olmayan kadr siyasətidir. Çünki bir sıra dövlət məmurları yerində deyil, fəaliyyətsizdirlər”.

Onun sözlərinə görə, yaxın vaxtlarda bir sıra vəzifədən azad edilmələr gözlənilir, “kadr qırğını” prosesi başlayır.

“Joqovurd” qəzeti Ağsaqqallar Şurasına seçkilərdən sonra fəaliyyətsiz qalan nazirlərin öz postları ilə vidalaşacaqlarını yazıb. Onların arasında Qnel Sanosyan, Akop Simidyan, Narek MkrtçyanQriqor Minasyan da var.

Paşinyanın komandası seçkilərin nəticələrini öz reytinqlərinə böyük zərbə hesab edirlər. İndi onlar bu vəziyyətdən çıxış yolu kimi koalisiya yaradılmasında görürlər. Onların ümidləri ümidləri Aram Sarkisyanın “Respublika” partiyasıdır. Çünki müvəqqəti barajı aşmış yeganə qüvvə odur. “Baş verənlər bizə dərs olmalıdır və bundan sonra hər şey başqa cür olacaq”, – deyə partiya üzvlərindən biri deyib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*