“Ərdoğan dostumdur” – Trampbackend

“Ərdoğan dostumdur” - Tramp

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun Ankaraya “F-35” qırıcılarının tədarükü ilə bağlı etirazlarını rədd edib.

KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ lideri jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mənim dostumdur və heç kim mənə nəyi satıb, nəyi satmayacağımızı deyə bilməz. Türkiyə mənim üçün möhtəşəm bir müttəfiq olub”, – deyə Tramp vurğulayıb.

Xatırladaq ki, bundan öncə B. Netanyahu Türkiyəyə “F-35” təyyarələrinin satışı ilə bağlı narazılıq etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*