Çin artıq qalib gəlib, Almaniya isə bunu hələ anlamayıbbackend

Çin artıq qalib gəlib, Almaniya isə bunu hələ anlamayıb

Alman jurnalist Aleksandr Hayden ölkəsi ilə Çini müqayisə edib.

KONKRET.az xəbər verir ki, onun yazdığı məqalədə bildirilir ki, Çin Almaniyanı iqtisadi cəhətdən ötüb keçib. Bu, təkcə avtomobil və nəzarət proqram təminatında deyil, gələcək rifahı müəyyən edəcək əsas sahələrdə də özünü göstərir.

Müəllif qeyd edir ki, “Fortune Global 500” siyahısında Çindən 130 şirkət var, ABŞ isə 138-lə çətinliklə öndədir. Almaniyadan cəmi 30 şirkət siyahıya düşüb, ən yüksəkdə Volkswagen (12-ci yer) gəlir.

Analitik məqalədə daha sonra vurğulanır ki, alman şirkətlərinin əksəriyyəti gəlirinin 60%-dən çoxunu xaricdə əldə edir. Bu, Almaniyanın gücünün yox, şirkətlərin ölkədən “qopmasının” göstəricisidir.

Müəllifə görə, 2026-cı ilin 2-ci rübündə VW, Mercedes, BMW və “Porsche”nin Çindəki satışları 30-41% aşağı düşüb, çünki yerli rəqiblər (BYD və b.) daha sürətli, ucuz və texnoloji cəhətdən irəlidədir.

Texnologiya liderliyi:

Avstraliya Strateji Siyasət İnstitutunun hesabatına görə, Çin 74 kritik texnologiyadan 69-unda (əvvəllər 66) dünya lideridir. Almaniya isə yalnız 27 sahədə ilk beşlikdədir, Avropa İttifaqı cəmi 3 sahədə liderdir.

Makro göstəricilər:

Çinin nominal ÜDM-i 19,5 trilyon dollar (Almaniya — 5,05 trilyon); sənaye payı ÜDM-in 25%-i (Almaniyada 18%); ixracat 3,7 trilyon dollar (Almaniya — 1,7 trilyon); patent müraciətləri baxımından da Çin qat-qat öndədir.

Müəllif Almaniyanın “transformasiya” adı altında köhnə rifahı yenidən bölüşdürməklə məşğul olduğunu, Çinin isə istehsal, texnologiya və infrastrukturu inkişaf etdirərək real böyümə yaratdığını yazır. Onun sözlərinə görə, Çin “kapitalizmi kapitalistlərdən daha yaxşı anlayıb”.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*