Ermənistanda konyak istehsalının həcmi azaldıbackend

Ermənistanda konyak istehsalının həcmi azaldı

2020-ci ilin yanvar-oktyabr aylarında Ermənistanda konyak istehsalı əvvəlki ilin eyni dövrünə nisbətən 11,4 azalıb.

KONKRET.az xəbər verir ki, bu barədə Milli Statistika Komitəsi məlumat verib. Məlumatda deyilir ki, 2020-ci ilin 9 ayında respublikada 29 milyon 600,7 min litr, 2019-cu ilin eyni dövründə isə 33 milyon 401,9 min litr konyak istehsal edilmişdir. Əlavə edirik ki, 2019-cu ilin yanvar-dekabr aylarında Ermənistanda 43 milyon 505,7 min litr brend məhsul istehsal edilmişdir ki, bu da 2018-ci illə müqayisədə 41,5% çoxdur. 2018-ci ildə 30.751.9 min litr konyak istehsal edilmişdir ki, bu da 2017-ci illə müqayisədə 2.5% çoxdur. Bu yüksəliş ötən il dayanıb. 2020-ci ildə şərab istehsalının həcmi də azaldı. Beləki, ötən il  7 milyon  875,5 min litr şərab istehsal olunmuşdu. 2019-cu ildə ildə isə bu göstərici 9 milyon 591,4 min litr idi. Statistika Komitəsi bildirir ki, ötən il ölkə üzrə pivə, viski və araq istehsalı da xeyli azalıb.

Xatırladaq ki, Ermənistanın ixrac potensialında konyak və şərab xüsusi yer tutur.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*