Ermənistanda parlament böhranı başlayır – YENİ MƏRHƏLƏbackend

Ermənistanda parlament böhranı başlayır – YENİ MƏRHƏLƏ

Dünən “Vətəndaş müqaviləsi” fraksiyasının üzvləri parlamentin təkbaşına iclasını keçirərək, vitse-spiker İşxan Saqatelyanın və İqtisadi məsələlər daimi komissiyasının sədri Vaqe Akopyanın səlahiyyətlərinə xitam verilməsinə səs veriblər.

KONKRET.az xəbər verir ki, bu barədə “Past” qəzeti yazıb.

“Hakimiyyətin bu addımından sonra müxalifətdə olan “Ermənistan” və “Mənim şərəfim var” fraksiyalarının üzvləri Komissiyanın sədri və sədr müavini vəzifələrindən istefa veriblər. Onların arasında Armen Gevorqyan, Tadevos Avetisyan, Artur Xaçatryan və Ayk Mamicanyan da var. Bir sözlə, müxalifətin cavabı gecikməyib və faktiki olaraq onların hamısı (Taquhi Tovmasyan istisna olmaqla) deputatlıqdan imtina ediblər.

Qeyd edək ki, müxalifət fraksiyaları parlamentin vitse-spikeri və daimi komissiyaların sədrləri vəzifələrinə müəyyən edilmiş müddətdə yeni namizədlər irəli sürməsələr, onlar vakant qalacaqlar, çünki “Vətəndaş müqaviləsi” fraksiyası namizədlərini irəli sürmək niyyətində deyil.
Ancaq məsələ ondadır ki, onlar öz namizədlərini irəli sürə bilməzlər, çünki bu vəzifələr haqlı olaraq müxalifət tərəfindən tutulmalıdır.

Son dəyişikliklərə görə, parlament yalnız komissiya sədrlərinin müavinləri vəzifələrinə namizədlər irəli sürə bilər.

Hüquqşünaslar və politoloqlar bildiriblər ki, əgər müxalifətin vəzifələri boş qalarsa, o zaman ölkə siyasi böhranın yeni mərhələsi – parlament böhranı ilə üzləşmiş olacaq. Bundan isə siyasi çoxluq (Paşinyanın komandası nəzərdə tutulur) üçün çıxış yolu tapmaq çətin olacaq, hətta qeyri-mümkün görsənir”, – qəzet bildirib.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*