Ermənistanda polis aksiya iştirakçılarına və deputatlara güc tətbiq etdibackend

Ermənistanda polis aksiya iştirakçılarına və deputatlara güc tətbiq etdi

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) müxalif “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyanı istintaqa cəlb etməsi ölkədə ciddi narazılığa səbəb olub.

Hakimiyyətin bu addımına etiraz edən kütlə MTX-nin binası qarşısında aksiya keçirib. Aksiyada Ermənistan parlamentinin deputatları da iştirak ediblər.

KONKRET.az xəbər verir ki, polis aksiya iştirakçılarına və deputatlara güc tətbiq edib.

Deputatlar MTX-nın yerləşdiyi Xancyan küçəsindən zorla uzaqlaşdırılıblar. Polisin güc tətbiq etməsi nəticəsində deputatlardan Karine Poqosyan və Arman Abovyan xəsarət alıb. Digər deputat Caanibek Ayrapetyan isə naməlum istiqamətdə aparılıb.

Bildirilir ki, Qaqik Tsarukyana qarşı 3 maddə üzrə cinayət işinin açılması əslində siyasi motivlərlə bağlıdır. Belə ki, Q.Tsarukyan baş nazir Nikol Paşinyanın istefasını tələb edib və tərəfdaşlarını da bu çağırışa qoşulmağa çağırıb.

Müxalifət etiraz aksiyasını davam etdirəcəyini bildirir.

AZƏRTAC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*