Ermənistanda şok məhkəmə davası: Tsarukyan Paşinyandan “casus” ittihamına görə milyonlar tələb edirbackend

Ermənistanda şok məhkəmə davası: Tsarukyan Paşinyandan "casus" ittihamına görə milyonlar tələb edir

“Çiçəklənən Ermənistan” partiyasının lideri, tanınmış iş adamı Qaqik Tsarukyan Ermənistan Baş naziri Nikol Paşinyana qarşı mülki iddia qaldırıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumat Ermənistanın “Datalex” məhkəmə informasiya platformasında yer alıb.

Qaqik Tsarukyan məhkəmədən tələb edir ki, Nikol Paşinyan onun ünvanına səsləndirdiyi şərəf və ləyaqəti təhqir edən, işgüzar nüfuzuna xələl gətirən böhtan xarakterli fikirləri bəyanatla təkzib etsin. Baş nazir müxalif lideri “casus”, “kəşfiyyatçı”, “agent” adlandırmaqda və digər müxalif siyasətçi Andranik Tevanyanın partiya siyahısına xarici xüsusi xidmət orqanlarının göstərişi ilə daxil edildiyini iddia etməkdə ittiham olunur.

Tsarukyan vurulmuş mənəvi zərərə görə Paşinyandan ümumilikdə 9 milyon dram təzminat tələb edir:

Böhtana görə: 6 milyon dram

Təhqirə görə: 3 milyon dram

Dava sənədləri iyunun 2-də məhkəməyə daxil olub. İşə İrəvan Mülki Məhkəməsinin hakimi Naira Avetisyan baxacaq.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*