Ermənistanda təlim meşə yanğını ilə nəticələndibackend

Ermənistanda təlim meşə yanğını ilə nəticələndi

Ermənistan Fövqəladə Hallar Nazirliyinin təlim-məşq toplanışı meşə yanğını ilə nəticələnib.

KONKRET.az xəbər verir ki, Xosrov qoruğunda keçirilən təlimlər sonradan böyük həcmli yanğına çevrilib. Lakin xalq bu barədə məlumatlandırılmayıb.

Yanğına nazirliyin 26 ədəd xüsusi texnikası, 106 xilasedicisi, 71 könüllüsü, o cümlədən Müdafiə Nazirliyinin pilotsuz uçuş aparatları və bir helikopteri cəlb olunub.

Qeyd olunub ki, dövlət qoruğunda olan nadir ağacları yanğından qorumaq üçün əraziyə bir sıra kəndlilər də gətirilib. Buna baxmayaraq 50-60 ədəd nadir bitki və ağac yanaraq kül olub.

Ekspertlər bildirib ki, dəymiş ziyan 7-8 milyon dram (təxminən 35 min manat) civarındadır. Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*