Ermənistanda yezidi kürdlərə qarşı silsilə hücumlar aktivləşib – FOTO- VİDEO backend

Ermənistanda yezidi kürdlərə qarşı silsilə hücumlar aktivləşib - FOTO- VİDEO 

Ermənistanda yezidi kürdlərə qarşı silsilə hücumlar aktivləşib. KONKRET.AZ erməni mediasına istinadla xəbər verir ki, Yezidi ailələrinə edilən silahlı hücumlar hüquq-mühafizə orqanlarında araşdırılmır, əksinə bununla bağlı edilən müraciətlər ört-basdır edilir. Məsələn, paytaxt İrəvanın Silikyan mahalında Yezidi ailəsinə edilən quldur hücumu nəticəsində iki nəfər yezidi şəxs öldürülüb. Amma Ermənistanın hüquq-mühafizə orqanları bu fakta biganə münasibət bəsləyir.

Belə ki, quldur hücumundan sonra günahkarları tanıdıqlarını iddia edən ailənin müraciətləri cavablandırılmayıb. Hətta bununla bağlı videolar ortaya çıxsa da, qatillər cəzasına çatmayıb. Yezidilər ehtiyat edirlər ki, bu, onlara qarşı dövlət siyasətinin tərkib hissəsinə çevrilib.

Ermənistan hakimiyyəti olayı kriminal hadisə kimi dəyərləndirsə də, əlahəzrət fakt ortalıqdadır. Yezidilər əmindirlər ki, hücum faktına görə cinayətkarlar qəsdən cəzalandırılmır. Bu gün zərərçəkmiş Tərlan Saidoyan və əri Şirin Alian hökumət binası qarşısında etiraz aksiyası keçiriblər.

Եզդի ընտանիքը արդարություն է պահանջում․ 4 տարի է գործը չի բացվում

Եզդի ընտանիքը արդարություն է պահանջում․ 4 տարի է գործը չի բացվում

Gepostet von politik.am am Donnerstag, 3. Oktober 2019

KONKRET.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*