Ermənistanın Armavir vilayətində yük qatarı relsdən çıxıb.
KONKRET.az xəbər verir ki, bu barədə Cənubi Qafqaz Dəmir Yolunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 36 vaqondan ibarət qatar sement istehsalı üçün xammal aparırmış. Ölən və yaralanan yoxdur.
Bildirilir ki, qatarla yanaşı, dəmir yolu xətti də zədələnib.
Hadisə baş verən hissədə nəqliyyatın hərəkəti dayandırılıb və buna görə də İrəvan-Gümrü-İrəvan şəhərətrafı qatarların, eləcə də İrəvan-Tbilisi-Yerevan beynəlxalq reysi ləğv edilib.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Ariz Həsənoğlu,
KONKRET.az
