Ermənistandan Qarabağa gedən yeganə yüksək gərginlikli xətt QƏZAYA UĞRADIbackend

Ermənistandan Qarabağa gedən yeganə yüksək gərginlikli xətt QƏZAYA UĞRADI

Ermənistandan Qarabağın ermənilər məskunlaşan ərazilərini qidalandıran yeganə yüksək gərginlikli xətt qəzaya uğrayıb.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası separatçı rejimə istinadən məlumat yayıb.

“Yanvarın 9-da günorta saatlarında Ermənistandan Qarabağı qidalandıran yeganə yüksək gərginlikli, Gorus-Xankəndi110 kV-luq xəttinin 33-cü km-də qəza baş verib. Avadanlıqların qeydə aldığı məlumatlara görə, qəza Laçın-Zabux hissəsində baş verib.

Qeyd olunan ərazi Azərbaycanın nəzarətində olduğu üçün həmin hissədə hazırda təmirin aparılması və qəza-bərpa işlərinin təşkili mümkün deyil. Elektrik enerjisinin müvafiq məhdudiyyətlərlə yerli generasiya stansiyaları vasitəsilə verilməsi barədə qərar qəbul edilib.

Yaranmış vəziyyətdən çıxış edərək, mümkün əlavə kəsilmələrin qarşısını almaq üçün elektrik enerjisindən mümkün qədər qənaətlə istifadə edin”, – deyə qondarma qurumdan bildirilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*