Ermənistanın bu qərarı qəbuledilməzdir – Rusiya XİNbackend

Ermənistanın bu qərarı qəbuledilməzdir - Rusiya XİN

Moskva rəsmi İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmaq planlarını BCM-nin Rusiya rəhbərliyinə qarşı son qanunsuz və hüquqi cəhətdən etibarsız orderləri fonunda tamamilə qəbuledilməz hesab edir.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

Vurğulanıb ki, Ermənistanın sözügedən istiqamətdə atacağı addımlar ikitərəfli münasibətlərə mənfi təsir göstərəcək.

Qeyd edək ki, martın 24-də Ermənistan Konstitusiya Məhkəməsi ölkənin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasının ölkənin əsas qanunlarına uyğun olduğu barədə qərar verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*