Ermənistanın milli aviaşirkəti müflis oldubackend

Ermənistanın milli aviaşirkəti müflis oldu

Ermənistanın Air Arabia Group ilə birgə yaradılmış milli aşağı büdcəli aviaşirkəti Fly Arna fəaliyyətini dayandırır.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə qərar dekabrın 4-dək veriləcək.

Məlumata görə, şirkətin təşkilati və maliyyə məsələləri ilə bağlı çox ciddi problem var. Qeyd edilir ki, “Fly Arna”nın rəhbəri David Papazyan müvafiq ixtisası olmayan şəxsləri işə götürərək, yüksək maaşla ciddi vəzifələrə təyin edib.

“Bütün sənədlər və aşkar pozuntular baş nazir Nikol Paşinyana təqdim edilib. Məhz buna görə də ciddi fikir ayrılıqları yaranıb və Paşinyan qərara gəlib ki, bu şirkət uçuşlar həyata keçirməsə, daha yaxşı olar”, – Ermənistan KİV-i yazır.

Qeyd olunur ki, bu şirkətin uğursuzluğu İrəvan meri Tiqran Avinyanla da bağlıdır, çünki o, şirkətin Ermənistana gəlişində vasitəçi olub.

Şirkət Ermənistan Dövlət Faiz Fondu və Air Arabia Group tərəfindən birgə yaradılıb. 10 dekabr 2021-ci ildə şirkət Ermənistan Milli Hava Yolları QSC-dən dövlət qeydiyyatını alıb və Flay Arna ticarət nişanı ilə təmsil olunur.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*