Ermənistanın quldur ortaqları – Vejnəli qızılı daşınan dövlətlərbackend

Ermənistanın quldur ortaqları - Vejnəli qızılı daşınan dövlətlər

Ermənistan işğal altında olan Azərbaycan torpaqlarının yeraltı sərvətlərini 20 ildən artıq müddət ərzində talan edib. Onun qanunsuz fəaliyyəti quldurluq və qarətdir. Başqa dövlətin sərvətinə qanunsuz yiyələnməyin başqa adı yoxdur. Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə mane olanlar da bu oğurluqda ermənilərə və Ermənistana ortaq olublar.

KONKRET.az xəbər verir ki, Fransa, Kanada və İsveçrə vətəndaşı olan ermənilər Azərbaycan torpaqlarındakı sərvətlərin talan olunmasında birbaşa itşirak ediblər. Bu ölkələrin maliyyə və vergi orqanları, habel uyğun hüquq-mühafizə sistemləri həmin milyonçu erməni vətəndaşlarından əldə etdikləri maliyyə vəsaitinin mənbəyini heç vaxt soruşmayıblar. Bu talan hesabına həmin dövlətlərin büdcəsinə oğurluq pullar axıb. Təsadüfi deyil ki, belə ölkələr Azərbaycanın haqlı mövqeyinin deyil, təcavüzkar Ermənistanı müdafiə edirlər. Kanadanın Türkiyə istehsalı olan “Bayraktar”la bağlı sanksiyasını xatırlatmaq yetərli saymaq olar.

Ermənistanın işğal altında olan Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyəti – işğaldan azad olunmuş Vejnəli qızıl yatağıdır.

Ermənilərin işğal altında olan Azərbycan ərazilərində milli sərvətlərimizi talan etməsi, bu prosesdə xarici şirkətlərin iştirakına dair çoxsaylı faktlar var.

Ümumilikdə, işğal olunmuş Azərbaycan torpaqlarında 160 müxtəlif qiymətli metal yatağı qalıb. Kəlbəcər, Laçın, Zəngilan, Tərtərdəki qızıl, gümüş, civə, mis, qurğuşun, daş kömür, rəngli, dekorativ daşlar və digər yataqları mövcuddur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*