Ermənistanın yeni “gizli silahı” ifşa edildibackend

Ermənistanın yeni “gizli silahı” ifşa edildi

”Ermənistanda sabah keçiriləcək hərbi paradda nümayiş olunacaq sürpriz silahlardan biri də AD-08 “Məcid” zenit raket kompleksləridir”.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, bu sözləri hərbi ekspert Ədalət Verdiyev deyib.

O, qeyd edib ki, kompleks istənilən hava şəraitində istifadə oluna bilir və eyni anda dörd hava hədəfini vurmaq imkanına malikdir;

‘Bu İran müdafiə sənayesi personalı tərəfindən plagiat versiya olaraq dizayn edilən və inkişaf etdirilən qısa mənzilli, aşağı hündürlükdə fəaliyyət göstərən “yer-hava” tipli raket kompleksidir. İstehsalçının şişirdilmiş məlumatına görə raket, PUA-ları (pilotsuz uçuş aparatları), qanadlı raketlərini, helikopterləri və aşağı hündürlükdə ucan hava hədəflərini ələm keçirmək və məhv etmək üçün nəzərdə tutulub.

AD-08 istənilən hava şəraitində istifadə edilə bilər və eyni zamanda dörd hava hədəfini nəqliyyat vasitəsinə quraşdırılmış dörd raketlə vura bilir.

Yeni AD-08 variantı, ön tərəfində heyət kabinəsi, arxa tərəfində isə düz platforması olan, dörd buraxılış relsindən və elektro-optik sistemdən ibarət buraxılış qurğusu ilə təchiz olunmuş “Iveco Daily” 4×4 yüngül yük maşınının bazasında yerləşdirilib. Elektron-optik sistem hədəfin əldə edilməsi və raketin idarə olunmasını təmin etmək üçün istifadə olunur.

AD-08 “yer-hava” raket sistemində istifadə edilən raket, passiv infraqırmızı görüntüləmə və termal görüntüləmə başlığını özündə birləşdirir. O, 700 m-dən 8 km-ə qədər məsafələrdə və 20 m-dən 6 km-ə qədər hündürlüklərdə hədəfləri vura bilir. Raketin kalibri 156 mm, uzunluğu 2670 mm və ümumi çəkisi 75 kq-dır”.

Ekspert hesab edir ki, bu səbəbdən İran və Ermənistan havadan müdafiə sahəsində əməkdaşlığı genişləndirməyə məcburdur:

”Kompleks modifikasiya edilmiş ARAS-2 4×4 hərbi nəqliyyat vasitəsinin şassisinə də quraşdırıla bilir.

İranın bu komplekslərini Ermənistandan başqa heç bir ölkə əldə etməyib. Əslində bu komplekslərin alınması, İrana tətbiq edilən sanksiyaların pozulması deməkdir.

İranın ABŞ və İsrailə qarşı apardığı döyüş əməliyyatları zamanı İranın hava hücumundan müdafiə sisteminin bərbad vəziyyətdə olduğu ortaya çıxdı. Əməliyyatların ilk günündə, İranın HHM sistemi tam komplekt olduğu vəziyyətdə belə, düşmənin hava hücumlarına adekvat cavab verilmədi. Ölkənin hava məkanını qorumaq üçün nəzərdə tutulan sistem, heç özünü qoruya bilmədi. Vətən Muharibəsində Ernənistan ordusunun darmadağın edilməsi prosesi ilə İranın havadan müdafiəsi təxminən eyni acı taleyi yaşayıb. Sadəcə fərq ondan ibarətdir ki, İranın HHM sistemini ABŞ, Ermənistanın müdafiə sistemini Azərbaycan darmadağın edib. Odur ki, həm Ermənistanın, həm də İranın havadan müdafiə məsələsində ciddi problemləri mövcuddur. Bu problemlərin həlli məqsədilə hər iki olkə havadan müdafiə sahəsində əməkdaşlıq etməyə məcburdur. Bu gün İran Ermənistana, sabah isə Ermənistan İrana əlində olan və ya digər ölkələrdən əldə etdiyi texnologiyanı ötürə bilər.

Amma burada bir məsələ var ki, Iranın özünü, onun digər ölkələrdə, xüsusilə də Livanda olan HİZBULLAH qruplaşmasını havadan qoruya bilməyən plagiat HHM sistemlərinin Ermənistan səmasını neçə qoruyacağıq böyük sual altındadır”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*