“Ermənistanla Azərbaycan arasında genişmiqyaslı müharibə mümkündür” – Erməni ekspertbackend

"Ermənistanla Azərbaycan arasında genişmiqyaslı müharibə mümkündür" - Erməni ekspert

“Ermənistanla Azərbaycan arasında yeni döyüşlərin baş verməsi ehtimalı yüksəkdir”.

KONKRET.az xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Vrtanesyan mediaya müsahibəsində deyib. O bildirib ki, kiçik miqyaslı hərbi əməliyyatların və hətta genişmiqyaslı müharibənin mümkünlüyünü görür.

Onun sözlərinə görə, Azərbaycan Rusiyanın Ermənistandakı mövcudluğunu qismən məhdudlaşdırır,. Lakin Rusiyanın Ukraynada problemləri nə qədər çox olarsa, Moskva Ermənistana bir o qədər az diqqət yetirəcək.

O qeyd edib ki, ABŞ dəfələrlə Ermənistanın təhlükəsizliyini təmin etməyə hazır olmadığını bildirib, ona görə də Ermənistanda daim bu barədə danışan şəbəkə yalnız Türkiyənin maraqlarına xidmət edir.

Ekspertin fikrincə, sentyabr hadisəsi zamanı Ermənistan tərəfinin həm insan, həm də ərazi itkiləri 2016-cı ilin aprelində verdiyi itkilərdən üç dəfə çox olub.

“44 günlük müharibədən dərhal sonra dedim ki, bu, yeni müharibənin başlanğıcı və ya eyni, yarımçıq müharibənin yeni mərhələsidir. Azərbaycan layiqli müqavimət göstərilməyənə və ona ciddi zərbələr endirilmədikcə dayanmayacaq. Azərbaycanın hazırda danışıqlara ehtiyacı yoxdur. O, artıq Ermənistan ərazisindədir və irəli gedir. Nəzərinizə çatdırım ki, nəticədə “şifahi anlaşma”, mühüm ərazilər, yüksəkliklər, İrana gedən həmin Gorus-Qafan yolu təslim olub”, – Vrtanesyan vurğulayıb.

Vəziyyəti diplomatiya yolu ilə dəyişmək üçün ekspert ilk növbədə iqtisadi, hərbi və siyasi potensialı formalaşdırmağa çağırıb.

“Bunun üçün müttəfiqlərinizi özünüzə qarşı qoymaq lazım deyil. Beynəlxalq təcrübə göstərir ki, birinci tərəf özünü müdafiə edə bilmirsə, hətta sülhməramlı qüvvələr də bir tərəfi digər tərəfdən müdafiə etmək iqtidarında deyil. Bəs onda Aİ-nin mülki missiyası Azərbaycanı necə dayandıracaq? İlk atəş zamanı onlar oradan evakuasiya olunacaqlar. Bu mexanizmlərdən biri ola bilər, amma tək deyil”, – deyə Vrtanesyan qeyd edib.

Xuraman Etibarlı,

KONKRET.az

  • Qasım
    Oktyabr 21, 2022 - 13:26

    SENIN AXİRİN CATİB AY AXMAQ ERMENI

  • Qasım
    Oktyabr 21, 2022 - 14:39

    Axmaq ERMENI…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*