Ermənistanla sərhəddə saxlanılan şəxs İrana TƏHVİL VERİLDİbackend

Ermənistanla sərhəddə saxlanılan şəxs İrana TƏHVİL VERİLDİ

Ermənistan sərhəd pozucusunu İrana təhvil verib.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Ermənistan Zəngəzurda yaxalanmış sərhəd pozucusunu İrana təhvil verib,

Meğri sərhəd zastavasının mühafizə etdiyi ərazidə Rusiya sərhədçiləri Araz çayını (İran sahilindən Ermənistan tərəfə) üzərək tikanlı məftilin üzərinə çıxan sərhəd pozucusunu saxlayıblar.

Siqnalizasiya sisteminin tətbiqi nəticəsində qanun pozucusu saxlanılaraq zastavaya aparılıb. Mövcud prosedura əsasən, əcnəbi Aqarak keçid məntəqəsi vasitəsilə İran tərəfinə təhvil verilib.

Məlumata görə, saxlanılan şəxs Əfqanıstan vətəndaşıdır.

Qeyd edək ki, dövlətlərarası saziş çərçivəsində Ermənistanın Türkiyə və İranla dövlət sərhədinin mühafizəsi ilə Rusiya FTX-nin Ermənistandakı Sərhəd İdarəsi məşğul olur. Bundan əvvəl Türkiyə ilə sərhəddə 4 sərhəd pozucusu saxlanılıb.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*