Əsəd Ərdoğanla görüşməkdən İMTİNA ETDİbackend

Əsəd Ərdoğanla görüşməkdən İMTİNA ETDİ

Suriya Prezidenti Bəşər Əsəd Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla onun şərtləri əsasında görüşməyəcəyini bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə o, “Sky News Arabia”ya müsahibəsində deyib.

“Ərdoğanla görüş Ankaranın müəyyən etdiyi şərtlərlə baş tutmayacaq. Hazırkı vəziyyətdə onunla danışıqlara girmək Türkiyənin Suriyanın şimal rayonlarını işğal etməsinin tanınması demək olacaq”, – deyə Suriya lideri bildirib.

Bəşər Əsəd hələ mart ayında qeyd edib ki, Ərdoğanla yalnız türk qoşunları ölkəsini tərk etdikdən sonra görüşəcək. Onun fikrincə, bu danışıqlar Suriyadakı hərbi münaqişəyə son qoymalıdır.

Xatırladaq ki, may ayında Moskvada Rusiya, Türkiyə, Suriya və İran xarici işlər nazirlərinin görüşü keçirilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*