Əsir düşən hərbçilərimizlə bağlı İnsan Hüquqları Məhkəməsinə müraciət edildi – FOTObackend

Əsir düşən hərbçilərimizlə bağlı İnsan Hüquqları Məhkəməsinə müraciət edildi - FOTO

Azərbaycan Respublikası Ali Məhkəməsi Sədrinin müavini Çingiz Əsgərov Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.

KONKRET.az xəbər verir ki, o, bu barədə özünün “Twitter” hesabında yazıb.

“Bu gün əsir düşmüş Azərbaycan əsgərləri Amin Musayev və Bayram Kərimov ermənilər tərəfindən qeyri-insani rəftara məruz qalıblar. Ermənistana qarşı təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ünvanladım”, – deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*