“İki fərd arasında intim münasibət ola bilər, amma bunu iş yerində etmək, iş yerini fahişəxanaya çevirməyə çalışmaqla eyni şeydir. Adamın düşüncəsi olmasa da heç olmasa qanacağı olar”.
KONKRET.az xəbər verir ki, bu fikirləri sosial media hesabında jurnalist Elmar Hüseynov paylaşıb:
“İlkin Əhməd də bir status yazmışdı, mən də eynilə o cür düşünürəm. Əsl əxlaqsızlıq kabinetdə rüşvət almaqdır. Görünür xalqın gələcəyini bu şəkildə məhv etmək onu heç düşündürmür də. Amma kabinetdə seks A-dan Z-yə bütün azərbaycanlıları düşündürür. Çünki xalqa onu məşğul edəcək oyunlar vermək lazımdır. Romadakı Kolizey arenasında qladiator döyüşləri kimi…
Kişi qismi yanıq da ola bilər, amma öz intim münasibətini çəkib sonra da ictimailəşdirmək hansı səviyyədir bunu dərk etməyə mənim ağlım çatmır.
2014-cü ildə çəkilən videonun bu gün gündəmə gətirilməsi müəyyən suallar yaradır. Nə üçün indi? Yoxsa FHN naziri Kəmaləddin Heydərova qarşı qara piara start verilib? Bunu edənlər sonra hansı problemlərin yaranacağını nəzərə almayıblar?
Bu hadisəni həm də qadınlara qarşı atılan addım hesab etmək olar. Dövlət idarələrində çalışan qadınlara etimadın azaldılması, cəmiyyətdə onlara qarşı çox təhlükəli seks köləsi fikrini aşılamaq. Bu fikri sosial şəbəkədə oxuduğum bu rəy daha çox gücləndirir: Bir səs yazısında bir oğlan deyir ki,anası FHN-də Baş idarədə ikinci mərtəbədə işləyir. Həmin şəxs yazır ki, videolara səksəkə ilə baxırdım ki, birdən anamın da videosu qarşıma çıxar.
Bu hadisə bəzi dairələr tərəfindən cəmiyyətin dövlətə etimadını sarsıtmaq məqsədi güdə bilər. DİN və MTN-in məsələni dərindən araşdırması vacibdir”.
KONKRET.az
