Estoniyanın xarici işlər naziri Urmas Reynsalu Estoniya vətəndaşlarına Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib.
KONKRET.az xəbər verir ki, o, son günlərdə Rusiya Federasiyası tərəfindən aqressiv anti-Estoniya ritorikasının artdığını deyib.
“Əgər Rusiyada qısamüddətli səfərdəsinizsə, sizi orada qalmağın zəruriliyi barədə ciddi düşünməyə çağırıram. Rusiya Ukraynaya qarşı müharibə aparan ölkədir və Estoniya vətəndaşlarına qarşı təxribatlar da istisna edilmir”, – deyə Reynsalu qeyd edib .//Sfera.az
