Etibar Əliyevdən Saleh Rüstəmovla bağlı TƏKZİBbackend

Etibar Əliyevdən Saleh Rüstəmovla bağlı TƏKZİB

Milli Məclisin deputatı Etibar Əliyev həbsdə olan Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmovun cinayət əməlini bilmədiyi halda onun həbsdən azadlığa buraxılması ilə bağlı mətbuatda fikir bildirdiyini deyib.

Deputat S. Rüstəmovun azadlığa buraxılması üçün rəsmi müraciət etmədiyini vurğulayıb.

KONKRET.az xəbər verir ki, bu barədə deputat Modern.az-a açıqlamasında danışıb.

O qeyd edib ki, Saleh Rüstəmovun ağır cinayətlərdə ittiham olunduğunu sonradan öyrənib: “Onun işinə ancaq hüquqi prosedurlar çərçivəsində baxıla bilər. Azərbaycan hüquqi dövlətdir. Ona görə də bu məsələnin hüququn aliliyi ilə həll ediləcəyinə inanıram. Hər kəs törətdiyi əməlinin cəzasını mütləq çəkməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*