“Əxlaqsızlıq Ermənistan hökumətinin əsas meyarıdır” – Erməni deputatbackend

“Əxlaqsızlıq Ermənistan hökumətinin əsas meyarıdır” - Erməni deputat

Bu gün İrəvanda 44 günlük müharibədə həlak olmuş əsgər Mxitar Qaleyanın atası Qarik Qaleyanın işi üzrə məhkəmə iclası keçirilib.

KONKRET.az xəbər verir ki, erməni deputat Tiqran Abramyan məhkəmə iclasını biabırçılıq adlandırıb və ölkədə bu kimi məhkəmə proseslərinin adi hala çevrilməsindən təəssüfləndiyini bildirib:

“Biz qəhrəmanlarımızın, həlak olan əsgərlərimizin valideynlərinə qarşı təkcə cinayət təqibinin deyil, həm də onlara qarşı zorakılığın şahidi oluruq. Onlardan biri 2022-ci ilin sentyabrında Yerablurun özündə, valideynlərin oğullarının məzarını ziyarət etdiyi ziyarətgahda baş verib. Təəssüf ki, bu gün ölkəmizin reallığı budur, əxlaqsızlıq hökumətin fəaliyyətinin meyarı seçilib”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*