ExxonMobil Rusiyadan çıxdığını ELAN ETDİbackend

ExxonMobil Rusiyadan çıxdığını ELAN ETDİ

Saxalin-1-in keçmiş operatoru neft-qaz layihəsi üçün yeni operator yaradıldıqdan sonra Rusiyanı tamamilə tərk etdiyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, “Saxalin-1”də hasilat Exxon-un Sovcomflot tankerlərinə neft göndərməkdən imtina etməsi səbəbindən dayandırılıb.

“Təsdiq edə bilərəm ki, biz sağ-salamat çıxmışıq. İki fərmanla Rusiya hökuməti birtərəfli qaydada Saxalin-1-dəki maraqlarımızı dayandırdı və layihə Rusiya operatoruna verildi ” deyə şirkət nümayəndəsi bildirib.

Oktyabrın 7-də  Putin Rusiyanın “Saxalin-1” operatorunun yaradılması haqqında fərman imzalayıb, ona əsasən mövcud operator Exxon Neftegas Limited-in bütün hüquq və öhdəlikləri MMC-yə keçib. Oktyabrın 14-də idarəedici şirkəti Rosneft olan “Saxalin-1” MMC qeydiyyata alınıb. Layihənin payları Yaponiyanın Sodeco (30%) və Hindistanın ONGC (20%) şirkətlərinə məxsusdur. Onlar bir ay ərzində yeni operatorda proporsional paya sahib olmaq barədə razılıqlarını təsdiq etməlidirlər.

Payı 30% olan Saxalin-1 Exxon-un keçmiş operatoru mart ayında xüsusi əməliyyatla əlaqədar Rusiyanı tərk etmək planlarını açıqlamışdı. Aprelin sonunda layihədə hasilat azalıb, may ayında isə dayanıb. “Kommersant” yazır ki, bu, “Exxon” şirkətinin nefti Sovcomflot tankerlərinə göndərməkdən imtina etməsi səbəbindən baş verib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*