Farmanyan: “Sərhədlər açılsa, Türkiyə bizi “udacaq”backend

Farmanyan: "Sərhədlər açılsa, Türkiyə bizi "udacaq"

İyulun 30-da Ermənistan-Türkiyə sərhədində Ermənistan-Türkiyə nizamlanması məsələsi üzrə xüsusi elçilərin növbəti, beşinci görüşü keçirilib. Görüşdən sonra İrəvan və Ankara bəyanatlar verib və orada tərəflər arasında heç bir ilkin şərt olmadan nizamlanma prosesinin davam etdirilməsi, eləcə də əvvəlki görüşlərdə əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı razılıqların əldə edildiyi bildirilib. Lakin bir gün sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan bu görüşə və tərəflərin verdiyi bəyanatlara cavab verərək, Ermənistan qarşısında qoyulan ilkin şərtlərdən danışıb.

KONKRET.az xəbər verir ki, iqtisad elmləri namizədi Hayk Farmanyan bildirib ki, “Ermənistan 44 günlük müharibədə məhz Türkiyənin Azərbaycana verdiyi güclü dəstəyə görə uduzub: “Maraqlıdır ki, Ermənistanın məğlubiyyətinə səbəb olan bir ölkə iqtisadiyyatımızın inkişafında necə maraqlı ola bilər? Məqsəd aydındır. Ölkə iqtisadiyyatı Türkiyə tərəfindən birbaşa mənimsənilsin. Sərhədlər də əslində bu şərtlə açılacaq.

Ermənistan ilk növbədə sərhədi açmaqla hansı bədəli ödəyəcək? Əsas sual budur. Biz Türkiyə bazarına nə təklif etməliyik ki, birtərəfli deyil, ikitərəfli ticarət olsun, əgər ticarət ikitərəfli deyilsə, bu, Ermənistanın Türkiyə tərəfindən mənimsənilməsinə səbəb olacaq.

Türkiyə ilə iş görməkdən, iqtisadi səmərə əldə etməkdən danışanlar ötən ilin statistikasına baxa bilərlər, ona görə də son 10 ildə Türkiyədən Ermənistana 300 milyon dollar dəyərində, 10 dəfə az mal idxal edilib. Ermənistandan 3-3,5 milyon dollar dəyərində mal ixrac edilib”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*