Fələstin vətəndaşları ölkənin Baş naziri və Vəqflər naziri Məhəmməd Stayenin Yerihon yaxınlığındakı Nabi Musa məscidində bir ziyafət təşkil edərək Peyğəmbər adını daşıyan müsəlman ibadətgahını otel və gecə klubuna çevirdiklərinə görə cəzalandırılmasını tələb edirlər.
KONKRET.az xarici İslam saytlarına istinadla xəbər verir ki, müşahidəçilərə görə, məsciddəki bir ziyafətdən sonra həbs olunan dicey Sama Abdulhadi adlı qız bütün bu hekayədə “keçidçi”dir. Hökumətin başında duranlar bu olaylar üçün bütün məsuliyyət yükünü onun üzərinə yükləməyə çalışırlar…
Bir müddət əvvəl sosial şəbəkələrdə məscidə gələn fəalların içəridəki çarpayı, yataq tumboçkaları, döşək, spirt şüşələrini və s. meydana atdığını əks etdirən videolarla dolub. Bütün bunlar karantin müddətində əslində bir otelə və gecə klubuna çevrilmiş qədim məscidin binasında saxlanılırdı.
Hüquq müdafiəçiləri müsəlman ölkəsini biabır edən bu rəzalətə görə cəzanı öncə məsciddə olanların, yəni situasiyanın girovuna çevrilmiş düşüncəsiz adamların deyil, məscid binasından sui-istifadə üçün icazə verən hökumət üzvlərinin çəkməli olduğunu vurğulayıblar./moderator.az/
