Bu şəxslərə dövlət tərəfindən müavinət veriləcək? – VACİB AÇIQLAMAbackend

Bu şəxslərə dövlət tərəfindən müavinət veriləcək? - VACİB AÇIQLAMA

Azərbaycanda işsiz qalan vətəndaşların sosial təminatı məsələsi tez-tez müzakirə olunan mövzulardandır. Bəs dövlət tərəfindən işsizlərə müavinət verilməsi hansı hallarda mümkündür?

Millət vəkili Azər Badamov mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında bildirib ki, Azərbaycanda əmək fəaliyyəti olmayan vətəndaşlara dövlət tərəfindən maddi dəstək əsasən işsizlikdən sığorta ödənişi formasında təqdim edilir.

Azər Badamov: Dövlətimizin başçısının Göygöl, Kəlbəcər və Laçın rayonlarına  səfəri çox zəngin və əhəmiyyətli oldu - AZƏRTAC

“Bu ödəniş işini itirmiş şəxslərin müvəqqəti gəlir itkisini kompensasiya edən aylıq pul vəsaitidir.

İşsizlik müavinətindən yararlanmaq üçün qanunvericilikdə müəyyən edilmiş şərtlər mövcuddur. Belə ki, vətəndaş işdən əvvəl rəsmi əmək müqaviləsi ilə çalışmalı, əmək münasibətlərinə qanuni əsaslarla xitam verilməli və şəxs işsiz kimi qeydiyyata alınmalıdır”.

Azər Badamovun sözlərinə görə, işsiz statusu əldə etmək üçün vətəndaşlar Dövlət Məşğulluq Agentliyinə və ya DOST mərkəzlərinə müraciət edərək işaxtaran kimi qeydiyyatdan keçməlidirlər. Bundan sonra müraciət edən şəxsin əmək fəaliyyətinə baxılaraq ona işsizlikdən sığorta ödənişi təyin olunur.

“Əgər şəxs son 12 ay ərzində kifayət qədər rəsmi işləməyibsə, bu halda ona minimum məbləğdə müavinət təyin edilir. Bu ödəniş müvəqqəti xarakter daşıyır və vətəndaş müəyyən müddət ərzində yenidən əmək fəaliyyətinə qayıtmalıdır.

“İşsiz qaldım və avtomatik olaraq davamlı pul alacağam” yanaşması doğru deyil və mövcud mexanizm daha çox müvəqqəti sosial dəstək funksiyası daşıyır”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*