Prezidentin təltif etdiyi professor kimdir? – DOSYEbackend

Prezidentin təltif etdiyi professor kimdir? - DOSYE

Bu gün Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

KONKRET.az xəbər verir ki, Ədalət Nurulla oğlu Fərəcov 1936-cı ildə Masallı rayonunun Öncəqala kəndində anadan olub. O, Azərbaycan Dövlət Pedaqoji Universitetində kafedra müdiri və professor kimi fəaliyyət göstərib, uzun illər ali təhsil sahəsində pedaqoji kadrların hazırlanmasında iştirak edib.

Alim bundan əvvəl “Tərəqqi” medalı ilə təltif olunub və Prezident təqaüdçüsü statusuna layiq görülüb. Onun fəaliyyəti əsasən pedaqoji elmin inkişafı və müəllim hazırlığı istiqamətində olub./yenisabah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*