İran ABŞ prezidenti Donald Trampın əvvəlki şərti rədd etməsindən sonra yenilənmiş sülh təklifi təqdim etməyi planlaşdırır.
KONKRET.az xəbər verir ki, bu barədə CNN Pakistanlı vasitəçilərə istinadən məlumat yayıb.
Eyni zamanda, “NBC News”un xəbərinə görə, İran silahlı qüvvələri son günlər yeraltı anbarlardakı ehtiyatlardan yararlanaraq raket arsenalını sürətlə bərpa edir.
Bu addım ABŞ-ın mümkün hərbi əməliyyatları bərpa edəcəyi halda çevik reaksiya imkanlarını qorumağa hesablanıb.
Müşviq Tofiqoğlu
KONKRET.az